Hadisə

Bloku çökən binada təmir işləri aparılır - YENİLƏNİB - FOTO

30 Yanvar 2026 12:46
Baxış: 2 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində çökmüş blokla bağlı tədbir görülür.

Bu barədə Milli.Az-a Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd olunub ki, hadisə bir neçə gün əvvəl baş verib:

"Birliyin əməkdaşları tərəfindən ərazidə sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülüb. Hazırda təmir-bərpa işləri aparılır".

xxx

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində binaların birində birinci mərtəbədə blok çöküb.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.az-a sakinlər müraciət ediblər.

Sakinlər qeyd ediblər ki, birinci və ikinci mərtəbədə yaşayanlar binadan çıxa bilmirlər. Bunun üçün liftlə yuxarı qalxıb, yenidən aşağı düşməlidirlər.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.