Qəbələdə piyadanı avtomobil vurub.
Milli.Az xəbər verir ki, martın 23-də saat 20 radələrində Qəbələ şəhərində Hamlet Yolçuyevin idarə etdiyi "KİA" markalı avtomobil yolu keçən piyada, 71 yaşlı Səmayə Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Qəbələ RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.
Milli.Az





