Hadisə

Sumqayıtda güclü yanğın olub - YENİLƏNİB

31 Dekabr 2025 22:50
Baxış: 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

22:50

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Azərbaycan prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində metal və digər istehsalat tullantılarının qəbulu sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

-------

22:42

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, yanğın Əşya Bazarının yaxınlığında yerləşən taxta sexində qeydə alınıb.

Əraziyə FHN qüvvələri cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.