Hadisə

Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş - FOTO

23 Dekabr 2025 10:14
Baxış: 1 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəzada həlak olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva vəzifəli şəxsin xanımı imiş.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, mərhum hakimin həyat yoldaşı Ceyhun Hümbətov Bakı Şəhər Prokurorluğunda idarə rəisidir.

Belə ki, baş ədliyyə müşaviri olan C.Hümbətov Bakı Şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisidir. O, daha əvvəl baş prokuror Kamran Əliyevin böyük köməkçisi vəzifəsini də tutub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.