Hadisə

Boğazında çörək qalan şagirdi belə xilas etdilər - Anbaan görüntülər

20 Dekabr 2025 18:39
Baxış: 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə üzləşən şagird vaxtında göstərilən yardım sayəsində xilas olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxtın 112 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinfində qeydə alınıb.

Belə ki, şagird yemək zamanı boğazında çörək parçasının qalması nəticəsində boğulmağa başlayıb. Hadisə anında müəllimlər dərhal müdaxilə edib. Onlarla yanaşı, məktəbdə olan valideynlərdən biri də kömək göstərməyə çalışıb. Təcili tibbi yardım briqadası gələnədək məktəbin "Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə" komissiyasının üzvü olan valideyn vaxtında müdaxilə edərək şagirdin həyatını xilas edib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.