Hadisə

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

19 Aprel 2025 17:17
Baxış: 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az bildirir ki,  hadisə rayonun N.Nərimanov qəsəbəsində qeydə alınıb. Belə ki 1959-cu il təvəllüdlü S.Abbasova, 1988-ci il təvəllüdlü A.Abbasova, 2016-cı il təvəllüdlü T.Abbasov və 2018-ci il təvəllüdlü F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvüdür. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.