Lənkəranda itkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirilərək ailəsinə təhvil verilib.
Milli.Az xəbər verir ki, Lənkəran rayon Siyavar kənd sakini Mahmud İbayevin meyiti yaşadığı kəndin qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması barədə məlumat yayılıb.
Xatırladaq ki, bu il yanvarın 13-də balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.
Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb. /APA
Milli.Az