19:08
Ucarda baş verən qəzada bir ailənin 3 üzvü xəsarət alıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Müsüslü kəndində qeydə alınıb.
"Mercedes" və "VAZ 21 06" markalı minik avtomobillərinin kənd yolunda toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Gərayeva Ülviyyə Elman qızı, 2016-cı il təvəllüdlü Gərayeva Zəhra Cəmil qızı və sürücü - 1991-ci il təvəllüdlü Gərayev Cəmil Ədalət oğlu xəsarət alıb.
-----------
18:47
Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Müsüslü kəndində qeydə alınıb.
"Mercedes" və "VAZ 21 06" markalı minik avtomobilləri kənd yolunda toqquşub. Nəticədə 2 nəfər müxtəlif xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
Milli.Az