Hadisə

Əsgərlikdən yeni gələn gənc faicəvi şəkildə öldü - FOTO

13 Fevral 2025 11:49
Baxış: 1 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlaxda avtomobilin vuraraq komaya saldığı gənc dünyasını dəyişib.

Milli.Az bildirir ki, hadisə fevralın 8-də Ərəş kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini Hidayət Bəhrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən 2005-ci il təvəllüdlü kənd sakini Soltanov Ələmdar Elgün oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ə.Soltanov reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ölən gənc hərbi xidmətini başa vuraraq evə yeni qayıdıbmış.

Faktla bağlı araşdırma aparılır. /"Unikal"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.