Hadisə

Bakıda mərkəzdə 3 nəfərin meyiti tapıldı

5 Fevral 2025 14:20
Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Bakının mərkəzində müxtəlif ünvanlardan 3 nəfərin meyiti tapılıb.

Milli.Az xəbər verir ki, hadisələrin hamısı paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Belə ki, dünən saat 13 radələrində 1974-cü il təvəllüdlü F.Abbasovun meyiti yaşadığı Novruzov Qardaşları küçəsindəki evdən tapılıb.

1968-ci il təvəllüdlü T.Əhmədovun meyiti isə Salatın Əsgərova küçəsində səkidə aşkarlanıb. Onun səfil həyat tərzi sürməsi və küçədə gecələməsi məlum olub.

Bundan başqa dünən saat 20 radələrində 1932-ci il təvəllüdlü S.Medvedyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Bülbül prospekti ev 21 ünvanındakı mənzilində tapılıb.

Qeydə alınmış faktlarla bağlı araşdırma aparılır. /News24.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.