Qaradağda ər-arvad dəm qazından boğularaq ölüb.
Milli.Az xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsində baş verib.
Belə ki, 1936-cı il təvəllüdlü İsxaq Səfərəliyev və onun həyat yoldaşı, 1941-ci il təvəllüdlü Şeyda Səfərəliyeva evin qonaq otağında yerləşən qaz sobasından sızan dəm qazından boğularaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. /APA
Milli.Az