Nəzrin Mansurovanın ölümünün görünməyən SƏBƏBİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hər bir tibb işçisi bilməlidir ki, insana xidmət ən ali və müqəddəs hissdir. Bu hiss heç bir halda şəxsi münasibət və maddiyyata köklənməməlidir".
Milli.Az bildirir ki, bunu professor, tibb elmləri doktoru Musa Qəniyev son günlər müzakirə obyektinə çevrilən, Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev barəsində həbs qərarının çıxarılması ilə bağlı xəbərə münasibət bildirərkən deyib. O qeyd edib ki, baş vermiş faciədə mütləq günahkar axtarışı əbəsdir və bu, zamanın günahıdır.
Mütəxəssis dövrü olaraq təkrarlanan bu kimi faciələrdən çıxış yolunu da göstərib:
"Çıxış yollarından biri, hər şeydən əvvəl tibbi sığorta xidmətinin tam formalaşması və xəstələrə münasibətdə fərdi maddi maraq prinsipinin aradan qalxması, tibbi və hüquqi nəzarət mexanizminin mütləq şəkildə təşəkkül tapmasıdır. Sevindirici haldır ki, ölkəmizdə tibbi sığorta fəaliyyətə başlayıb. Hazırda məlum çətinlik, baryer və problemlərə baxmayaraq, əksər dövlət xəstəxanalarında əvvəllər xəyal olan bir çox əməliyyatlar təmənnasız və pulsuz icra olunur. Özəl və ya təsərrüfat hesablı tibb müəssisələrində isə, vəziyyət fərqlidir. Bu müəssisələrdə hətta sığortanın qarşıladığı xəstəliklərin müalicəsi zamanı belə, "Sən bunu ödəməlisən" prinsipi hakimdir. Bu problemlə hamı qarşılaşır. Məhz bu hal, ölkədə aparılan səhiyyə islahatlarına kölgə salır və insanlarda inamsızlıq yaradır. Odur ki, ilkin və yeganə şərt, sığorta xidmətinin ölkənin bütün tibb - istər dövlət, istərsə də özəl müəssisələrinə birbaşa və qeyri-şərtsiz şamil olunması, bunun üçün xüsusi göndəriş və ya digər sənədin tələb olunmamasıdır. Planlı və təcili akademik tibbi müdaxilə tələb edən bütün əməliyyatları sığorta qarşılamalı və icrasına tək tibbi deyil, inzibatı orqanlar tərəfindən mərkəzləşdirilmiş, son dərəcə ciddi hüquqi nəzarət mexanizmi işlənib hazırlanmalıdır. Buna görə, istənilən narahatlıqla bağlı birbaşa müraciət üçün, xüsusi çağırış mərkəzləri də yaradıla bilər".
M.Qəniyev bildirib ki, qeyd edilənlər yalnız planlı, zəruri, təcili və göstəriş sayılan pataloji proses və xəstəlikləri əhatə etməlidir:
"Kimsə, zahirini dəyişmək və ya gözəllik xatirinə əməliyyatlar etdirirsə, bunu sığorta qarşılamamalıdır. Məsələn, burun çəpərinin əyriliyi və tənəffüsün pozulması və ya patoloji piylənmə və s. kimi şeylər zərurətdən deyil, fərdi istəkdən irəli gəlir. Bu halda tibbi sığorta ilə bağlı istənilən iddia əsassız sayılmalıdır. Həmçinin, ölkəmizin istər tibbi, istərsə də sığorta xidmətini Avropa və ABŞ kimi yüz illərlə müstəqillik tarixi və tam oturumlu tibbi və sığorta xidməti olan ölkələrlə müqayisə etmək olmaz. Biz bu sahədə ilk kövrək addımlarını atan bir ölkəyik. Düşünürəm ki, yaxın gələcəkdə bu söylədiklərim öz həllini tapacaq və günümüzdə reallıq olan bir çox faciələr, inamsızlıq və uğursuzluqlar yalnız arzuolunmaz tarixi keçmiş kimi xatırlanacaq".
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb. Cinayət işi üzrə ötən gün həkim Sənan Mehdiyev saxlanılaraq məsuliyyətə cəlb olunub və onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. /Sfera.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünya bazarında neft bahalaşdı
-
Nəsimi rayonunda qaz olmayacaq
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb
-
Azərbaycanda zəlzələ oldu
-
Millətlər Liqası: İspaniya və İsveçrə darmadağınla qalib gəldi
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)





