Bakı-Qazax yolunda dəhşətli yanğın - Yenilənib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
23:09
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı-Qazax yolunun 137-ci kilometrliyi, Hacıqabul rayonu ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Milli.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "DAF" markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, həmçinin yükün təhlükəsiz əraziyə boşaldılması təmin edilib.
Yanğın nəticəsində yük avtomobilinun qoşqusunda olan 21 ton qida məhsulunun 14 tonu yanıb.
Yük avtomobili və qida məhsullarının qalan hissəsi yanğından mühafizə olunub.
------------
23:00
Bakı-Qazax avtomobil yolunun 137-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində güclü yanğın baş verib. "Aqromak" şirkətinə məxsus iki TIR-ın alışdığı bildirilir. Yanğının yaratdığı tüstü təxminən 300 metr əraziyə yayılıb.
"Musavat.com"un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Yanğın baş verən əraziyə dərhal polis, yanğınsöndürən briqadalar və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Yanğın səbəbindən ərazidə böyük tıxac yaranıb, bu da nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklərə səbəb olub. Hazırda yanğının söndürülməsi və hadisənin araşdırılması istiqamətində işlər davam edir. Təfərrüatlar açıqlanacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kəmalə Günəşlinin əsl yaşı təəccübləndirdi - (Video)
-
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
-
Qızılı çox olanlara pis xəbər
-
Mesinin komandası uduzdu
-
Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası (Foto)
-
Balidə Azərbaycan və Ermənistan restoranı diqqət çəkdi - (Foto)
-
Naxçıvan ərazisində ağır qəza: 6 yaralı var - (Foto)
-
Qumral əri ilə eşqə gəldi: Sevgi dolu anları diqqət çəkdi - (Foto)
-
TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək
-
Bu rayonlarımıza qar yağdı
-
Narın dənələri bu üsulla bir anda bir-birindən ayrılır - (Video)
-
Ukrayna Belqoroda kabus yaşatdı: Ölü və yaralılar var
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
İsraildən Türkiyəyə güc nümayişi
-
Salyanda evə ildırım düşdü (Video)
-
ABŞ-yə yeni təklif: Hörmüzü açırıq, əvəzində...
-
Əməkdar artist dekolteli geyimi ilə diqqət çəkdi – (Video)
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər
-
Güllünün ölümü ilə bağlı şok detal
-
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - (Foto)
-
ABŞ-də atışma: 12 yaralı var
-
Millimiz bu gün 2 oyuna çıxacaq
-
90-cı illərin məşhur müğənnisi illər sonra - (Foto)
-
Xırdalanda maşın aşdı - Sürücü yaralandı





