Hadisə

Təyyarə qəzasında ölən tələbə və Balakən sakinləri dəfn olundular - FOTO

29 Dekabr 2024 14:41
Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayon sakinləri dəfn olunublar.

Milli.Az "Report"a istinadən xəbər verir ki, qəzada həlak olan Balakən rayon Meşəşambul kənd sakini, 1972-ci il təvəllüdlü Mələykə Murtuzəli qızı Anqbazova, Xalatala kənd sakini, 1990-cı il təvəllüdlü Həmzət Muhuma oğlu Qurbaçov, Yeni Şərif kənd sakinləri - 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayeva və 1960-cı il təvəllüdlü Mömünət Şəhmir qızı Qoqamova, Şərif kənd sakinləri olan iki qardaş - 1968-ci il təvəllüdlü Rəşid Abbas oğlu Qıstarov və 1962-ci il təvəllüdlü İbrahim Qıstarov, Şambul kənd sakini, 1988-ci il təvəllüdlü Yadigar Seyfəddin oğlu Mehdiyev və Qullar kənd sakini, 2004-cü il təvəllüdlü Mahmud Muhumahacı oğlu Tütünçüyev yaşadıqları kəndlərin qəbiristanlıqlarında dəfn olunublar.

Dəfn mərasimlərində həlak olanların doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Faciə nəticəsində həyatını itirən Balakən rayon sakini, evin tək uşağı olan 20 yaşlı Mahmud Tutunçiyev Bakı Avrasiya Universitetində oxuyub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.