Dünya

Xarkova hücum - 16 yaralı var

2 Yanvar 2026 19:00
Baxış: 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə endirdiyi növbəti raket zərbəsi nəticəsində mülki əhali arasında xəsarət alanlar var.

Milli.Az xəbər verir ki, ölkənin baş naziri Yuliya Sviridenkonun açıqlamasına görə hücum nəticəsində 16 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Raketlərin birbaşa yaşayış binalarını hədəf seçməsi dağıntıların miqyasını artırıb və hazırda xilasetmə qrupları hadisə yerində axtarış tədbirlərini davam etdirir.

Hadisənin təfərrüatları barədə məlumat verən Xarkov meri İqor Terexov bildirib ki, zərbə nəticəsində çoxmərtəbəli yaşayış binası ciddi zərər görüb. Yaralılar dərhal xəstəxanalara təxliyə edilib, onlardan birinin vəziyyətinin kritik olduğu vurğulanır. Baş nazir Sviridenko özünün "X" platformasındakı hesabında qeyd edib ki, hazırda bütün müvafiq dövlət qurumları fəlakət zonasında səfərbər olunub.

Xilasedicilər dağıntılar altında qalanların olması ehtimalını nəzərə alaraq işləri intensiv şəkildə aparırlar. Şəhər administrasiyası sakinlərə təhlükəsizlik qaydalarına əməl etməyi və sığınacaqlardan istifadəni tövsiyə edir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.