Aktauda qəzaya uğrayan "Embraer"in göyərtəsində Azərbaycan və Çeçenistandan olan bir neçə ailə yeni il üçün Rusiyaya qohumlarının yanına uçurmuş.
Milli.Az rus mətbuatına istinadən xəbər verir ki, bunlar Qistarov İbrahim və Qistarov Rəşid qardaşları, həmçinin onların bacısı Rəna Eznayeva olub.
Məlumata görə, Qroznıda yaxınları onları gözləyirmiş.
Təyyarədə Anqbazovun ailə dostu Məleykə də olub.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Nərmin
Milli.Az