Ölkə

Beyləqanda ağır qəza - xəsarət alanlar var

18 May 2025 13:27
Baxış: 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beyləqanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hərəkətdə "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq rayonun giriş hissəsində inşa edilmiş rəmzi giriş qapısına çırpılıb.

Hadisə nəticəsində 2001-ci ilə təvəllüdlü, Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü, İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü, Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu, 1998-ci il təvəllüdlü, 1998-ci il təvəllüdlü, Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.