Ölkə

Azərbaycanda “Araz – 2025” birgə təlimi keçirilir - VİDEO - FOTO

18 May 2025 12:00
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda keçiriləcək "Araz-2025" birgə hərbi təliminə İran İslam Respublikasından cəlb olunmuş heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər ediblər.

Milli.Az xəbər verir ki, hər iki ölkənin təlim rəhbərləri və yüksək səviyyəli nümayəndələri arasında görüş keçirilib.

Görüşdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları və müxtəlif mərhələlər üzrə yerinə yetiriləcək tapşırıqlar barədə ətraflı brifinq təqdim olunub.

Qeyd edilir ki, "Araz-2025" birgə təlimi işğaldan azad edilmiş ərazilərdə mayın 21-dək davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.