Qazaxıstan polisi hadisə ilə bağlı araşdırmaya başladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qazaxıstan polisi AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
"Hadisə yerinə Daxili İşlər Nazirliyinin, nəqliyyat polisinin və prokurorluğun nümayəndələri gedib. Hadisənin səbəblərinin müəyyən edilməsi davam edir, Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 344-cü maddəsi ("Nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda") əsasında ibtidai istintaqa başlanılıb", - deyə Qazaxıstan DİN-dən bildirilib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şəhriyar Əbilov oğlu ilə görüntüsünü yaydı (Video)
-
Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
-
Salyanda kişini "tok" vurub öldürdü
-
Dünya bazarlarında neft bahalaşıb
-
"Araz-Naxçıvan" "Qəbələ"yə, "Zirə" "Sumqayıt"a qarşı
-
Yasamal və Masazırda işıq olmayacaq - Saatlar açıqlandı
-
Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
-
Bu bürclərin kişiləri sizi aldatmayacaqlar
-
“Orada konsertinə icazə verilirsə, deməli, səviyyəsi var” - İzzət Bağırov
-
Bu məktəbə gedib-gəlmək üçün 12 km yerimək lazımdır - (Video)
-
Taksilərin ən bahalı olduğu şəhərlər
-
"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Bəyin üzünü ilk dəfə toyda gördü: Kefi pozuldu - (Video)
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)





