Ötən gün Gəncədə məktəblini bıçaqlayan yeniyetmə saxlanılıb.
Milli.Az xəbər verir ki, şəhərin Sevinc qəsəbəsində 8-ci sinif şagirdini bıçaqlayan 10-cu sinif şagirdi 2009-cu il təvəllüdlü M.Hacıyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, bıçaqlanan və hadisəni törədən yeniyetmələrin ikisi də Gəncənin Sevinc qəsəbəsində yerləşən 21 nömrəli tam orta məktəbinin şagirdləridir.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə məktəbdənkənar ərazidə mübahisə zəminində baş verib.
---------------
2024.12.18
Gəncədə bıçaqlanma baş verib.
Milli.Az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
M. adlı oğlanın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bıçaqlanan və hadisəni törədən şəxsin qəsəbədə yerləşən 21 nömrəli tam orta məktəbin şagirdləri olduğu deyilir. Məlumata görə, məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.
Hadisənin dərsdən sonra baş verdiyi bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır. (APA)