Mingəçevirdə külək ağacı xəstəxananın üzərinə aşırıb.
Milli.Az xəbər verir ki, gecə saatlarından başlayan külək ağacları aşırıb. Bir sıra ərazilərdə elektrik naqillərinin qırılması baş verib.
Küləyin təsirindən aşan ağaclardan biri şəhərin mərkəzi xəstəxanasının üzərinə düşüb.
Qeyd edək ki, Mingəçevir Şəhər İcra Hakimiyyətində iclas keçirilir, fəsadların miqyası müəyyən edilir. /Unikal
Milli.Az