Hadisə

DOST Mərkəzindəki yanğın söndürüldü - Yenilənib - FOTO

27 Avqust 2025 17:02
Baxış: 1 017
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xırdalan şəhərində inzibati binada baş verən yanğın söndürülüb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Qeyd edək ki, yanğın DOST Mərkəzində baş verib.

xxx

16:51

Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb.

Milli.Az xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.

Musa
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.