Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il ali təhsil müəssisələrinə 57 min 236 nəfər qəbul olunub. Tələbə adını qazanan 60 minə yaxın şəxs Azərbaycanın müxtəlif universitetlərində təhsillərini davam etdirəcəklər. Yeni tədris ilinin başlamasına 1 aydan az vaxt qalsa da, görünən odur ki, bir sıra universitetlər tələbələri rektorsuz qarşılayacaq.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, Azərbaycanda hazırda bir sıra ali təhsil müəssəsinin rektoru yoxdur.
Sumqayıt Dövlət Universitetinin sonuncu rektoru Rüfət Əzizov bu ilin fevral ayınadək bu vəzifəni icra edib. Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə o, ADNSU-ya rektor təyin olunub. 12 fevral 2025-ci ildə isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinə rektor əvəzi təyinat alıb. O, rektorun səlahiyyətlərini icra edir.
Azərbaycan Dövlət Dəniz Akademiyası da yeni tələbələrini rektorsuz qarşılayacaq. Ali təhsil müəssisəsinin sonuncu rektoru Heydər Əsədov olub. O, ötən ilin sentyabr ayında deputat seçilib və rektor vəzifəsindən azad edilib.
Bakı Xoreoqrafiya Akademiyasının sonuncu rektoru Timuçin Əfəndiyev 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə vəzifəsindən azad edilib. Onun 80 yaşı var və hazırda təqaüddədir. 4 ildir ki, rektor vəzifəsini Akademiyanın Tədris işləri üzrə prorektoru, Əməkdar artist Nailə Məmmədzadə icra edir.
Naxçıvan Müəllimlər İnstitutunda 2020-2024-cü ildə rektor pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov olub. O, ötən il parlament seçkilərində iştirak edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatı seçilib və bu səbəbdən İnstitutdakı vəzifəsindən azad edilib. Artıq 1 ildir ki, ali təhsil ocağında rektor vəzifəsi boşdur.
Milli.Az
XƏBƏR LENTİ
-
Stilist Anarın Bülent Ersoyla təyyarədəki görüntüsü gündəm oldu - (Video)
-
Qriqori Lepsin keçmiş sevgilisi azərbaycanlı iş adamı ilə evlənir: Nazir müavininin oğludur - (Foto)
-
Məktəb müəllimi universitet müəllimindən daha çox maaş alır - Deputat
-
Kolett Kressi Nvidia-nın müvəqqəti baş direktoru təyin edildi
-
Fəxriyyə Xələfova: "Falçı yanında olmuşam"
-
Rumıniyada kimya kompleksində xlor sızması baş verib, 260 nəfər təxliyə edilib
-
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu
-
Gələn il bu müavinətlər artırılacaq
-
Media və Yayım Şurası Azərbaycan-Ermənistan sərhədi ilə bağlı yayılan fotolara etiraz edib
-
Ayın 13-də 22 dərəcə isti olacaq - Proqnoz
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Afət Fərmanqızı it və pişiyinə baxıcı axtarır - Maaş hamını təəccübləndirdi
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video
-
Bağça müəllimləri üçün sertifikatlaşdırma başlayır
-
Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
-
Moskvada "Lexsus" partladı
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib





