Hadisə

İri qaya parçası yola düşdü - nəqliyyatın hərəkəti dayandırıldı - FOTO

11 Dekabr 2024 09:47
Baxış: 3 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lerikdə iri qaya parçası yola düşüb.

Milli.Az bildirir ki, Lerik rayonunun ucqar dağ kəndi olan Dico kəndində iri qaya parçası yola düşüb. Nəticədə Lerik-Piran-Veri-Dico kənd yolu bağlanıb, nəqliyyatın hərəkətində problem yaranıb.

Kənd ərazi icra nümayəndəsi Bəyəli Bədəlov APA-nın cənub bürosuna hadisəni təsdiqləyib: "Dico kənd sakinlərinin rayonla daha qısa yolu Veri-Dico yolu bağlanıb. Sakinlər digər yol olan Tikaband-Hücü-Dico yolundan istifadə edirlər. Bu da əsas yoldan bir az uzaq olur. Məsələ ilə bağlı aidiyyəti orqanlar məlumatlandırılıb. Yolsuzluq şəraitinə görə, əraziyə ağır texnikalar çıxa bilmir. Qaya parçasını yoldan götürmək üçün digər alternativ variantlar nəzərdən keçirilir".

Qeyd edək ki, hazırda Dico kəndində 10-a yaxın ailə yaşayır. /APA

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.