Qəzaya düşən ANAMA əməkdaşlarının son vəziyyəti - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Füzuli rayonunun Arayatlı kəndi ərazisində ANAMA əməkdaşları yol qəzasına düşüb.
Bu barədə Milli.Az-a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində Agentliyin əməkdaşları Qəhrəmanov Salman, Bəylərzadə Ramiz və Qasımov Mustafa xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
"İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər xəstəxanasına göndərilib. Vəziyyətləri orta ağırdır. Hadisə əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib", - məlumatda qeyd olunub.
09.12.2024-cü il tarixində saat 07:00 radələrində 3 nəfər Füzuli rayonu, Horadiz qəsəbə sakini (hər üçü kişi cinsli) müxtəlif xəsarətlərlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, 1990-cı il təvəllüdlü şəxsə sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol aşıq və çənə sümüklərinin açıq sınığı, qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, 1995-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, üzün çapılmış yaraları, 2000-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, beyin kötüyünün əzilməsi diaqnozu qoyulub.
Yaralılara lazımi tibbi müdaxilələr edilib.
Onlardan 1990 və 2000-ci il təvəllüdlü şəxslərin vəziyyətləri ağır qiymətləndirildiyindən Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə ediliblər. Vəziyyəti orta ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxsin də ixtisaslı yardım alması üçün təxliyə prosesi ilə bağlı zəruri addımlar atılır.
Qeyd edək ki, ANAMA əməkdaşları Füzulidə qəzaya düşüb. 1995-ci il təvəllüdlü Qəhrəmanov Samir Salman oğlu idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına yuvarlanıb. Nəticədə sürücü S.Qəhrəmanov olmaqla avtomobildə olan rayonun Qayıdış 3 qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəylərzadə Ramiz İlqar oğlu və Qayıdış 2 qəsəbə sakini 1990-cı il təvəllüdlü Qasımov Mustafa Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
--------
16:06
ANAMA əməkdaşları Füzulidə qəzaya düşüb.
Milli.Az bildirir ki, Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Horadiz qəsəbəsi ərazisində baş verib.
Belə ki, rayonun Qayıdış 3 qəsəbə sakini 1995-ci il təvəllüdlü Qəhrəmanov Samir Salman oğlu idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına yuvarlanıb. Nəticədə sürücü S.Qəhrəmanov olmaqla ovtomobildə olan rayonun Qayıdış 3 qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəylərzadə Ramiz İlqar oğlu və Qayıdış 2 qəsəbə sakini 1990-cı il təvəllüdlü Qasımov Mustafa Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək avtomobildə olan sərnişinlər R.Bəylərzadə və M.Qasımov Gəncə şəhər xəstəxanasına göndərilib. Sürücü S.Qəhrəmanovun da Gəncə Xəstəxanasına göndərilməsi üçün zəruri işlər görülür.
Qəza zamanı xəsarət alanlar ANAMA əməkdaşları olduğu bildirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə sərnişin avtobusu aşıb - ölən və yaralananlar var
-
Sumqayıtda yaşayış binasında partlayış baş verib (Foto)
-
Bakıda kişi telefona çox baxan arvadını döydü
-
148 axtarışda olan şəxs saxlanıldı
-
Zaqatalada 32 yaşlı kişi su hovuzunda təmir zamanı ağır yaralandı
-
Yevlax rayonunda 26 yaşlı kişi Yuxarı Qarabağ su kanalında boğuldu
XƏBƏR LENTİ
-
Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu
-
DÇ-26: Niderland İsveçi darmadağın etdi
-
Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
-
Badamlı ərik mürəbbəsi resepti
-
Ütünü kənara qoyun: Geyimlərinizi hamar edən buz üsulu
-
Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində (Video)
-
Konfrans Liqasından imtina etmək istəyirdik - Rəşad Sadıqov
-
Qazaxa dolu yağdı (Video)
-
Türkiyədə sərnişin avtobusu aşıb - ölən və yaralananlar var
-
Sumqayıt tələbə adını qazanmaqda rekord nəticə göstərdi
-
Rusiya Zaporojyeyə hücum etdi - ölən və yaralananlar var
-
"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib
-
Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq köhnə üsuldur
-
Gerçek Alnıaçık "Taşacak bu deniz"dən gedir (Foto)
-
Netanyahu orduya Livanda atəşi dayandırmaq əmri verdi
-
Dua Lipanın toy (Fotoları)
-
Yeni mühitə ən sürətlə uyğunlaşan 3 bürc
-
Montellanın istefası gözlənilir
-
Zeynəb Xanlarova övladları ilə (Foto)
-
SEPAH: Hörmüz boğazı bağlanıb
-
Azərbaycandan ən çox neft idxal edən ölkələr açıqlanıb
-
Sumqayıtda yaşayış binasında partlayış baş verib (Foto)
-
“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO
-
Boşandığı şəxslə təkrar nikaha girənlərin sayı açıqlandı





