Hadisə

Bağırov körpüsünü də su basdı - Eldar Əzizov hadisə yerində - FOTO

22 Oktyabr 2024 06:49
Baxış: 1 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov körpüsünün ərazisində subasma qeydə alınıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılıb.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyəti strukturların rəhbərləri əraziyə gedərək baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb. 

"Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır", - məlumatda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.