Ölkə

Bakıda tunelində avtobus batdı: əraziyə texnika cəlb edildi - VİDEO

22 Oktyabr 2024 09:29
Baxış: 1 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı və Abşeron yarımadasına yağan leysan yağış çoxsaylı fəsadlar törədib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, ən ağır vəziyyət yol qovşaqlarında yerləşən tunellərdə qeydə alınıb.

Belə ki, gecə saatlarında bir çox tunellər, eləcə də Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki tuneli su ilə dolub.

Nəticədə avtomobillər və avtobus suda bataraq hərəkətsiz qalıb. Mərdəkan tunelində suda batan "Hyundai Caunty" markalı avtobusu çıxarmaq üçün əraziyə texnika cəlb edilib.

Sosial şəbəkələrdə yayılmış görüntüləri təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.