Şou-biznes

Rihannanın sevgilisi futbol klubu alır

22 Oktyabr 2024 09:40
Baxış: 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur müğənni Rihannanın sevgilisi amerikalı reper Rokki İngiltərənin "Tranmere Rovers" klubunu almağa hazırlaşır.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Rokki klubun satılmasından cavabdeh olan məşhur hüquqşünas Co Tacopinanın rəhbərlik etdiyi investisiya qrupunun bir üzvüdür.

İnvestisiya qrupu klubun səhmlərinin 80 faizini təxminən 15 milyon funt-sterlinqə alacaq.

Qeyd edək ki, "Tranmere Rovers" hazırda İngiltərənin səvviyəcə 4-cü divizionu olan Liqa 2-də mübarizə aparır. Komanda hazırda 14 xalla 24 klub arasında 16-cı yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.