Hadisə

Paraşütün ipləri dolaşıbmış... - YENİLƏNİB - FOTO

7 Oktyabr 2024 14:56
Baxış: 3 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:56

Dünən Quba rayonunda 38 yaşlı həkim Şamo Mehdiyevin yamac paraşütü ilə uçarkən faciəvi şəkildə ölməsi hadisəsinin bəzi detalları üzə çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 17 radələrində Qırızdəhnə kəndinin ərazisində baş verib.

Laçın rayon sakini olan Şamo paraşütlə enərkən iplər bir-birinə dolaşıb. Nəticədə həvəskar idmançı təxminən 10-15 metr hündürlükdən yerə sərt şəkildə düşüb və onun ayaqları qırılıb.

Ş.Mehdiyev xəstəxanaya aparılarkən yolda ölüb. Bildirilir ki, Ş.Mehdiyevin xəsarəti ölümcül olmayıb, lakin o, travmatik şoka düşüb və bu səbəbdən vəfat edib.

Qeyd edək ki, Ş.Mehdiyev stomatoloq olub və həvəskar şəkildə yamac paraşütçülüyü ilə məşğul olurmuş.

-----------
10:14

Xəbər verdiyimiz kimi, Quba rayonunda paraşütçü uçuş zamanı idarəetməni itirərək ölüb.

Milli.Az bildirir ki, metbuat.az-ın məlumatına görə, 1986-cı il təvəllüdlü Şamo Mehdiyev Xırdalan şəhərində tanınmış stomatoloqlardan biri imiş.

O, həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olub.

-------

09:02

Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib.

Milli.Az bildirir ki, hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.

Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

Hadisə nəticəsində paraşütçü sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.