Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon ərazisindən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 246 ədəd avtomat və pulemyot patronu, 2 ədəd ətrafı işıqlandırmaq üçün nəzərdə tutulan fişəng, eləcə də avtomata məxsus sandıqça aşkar edilərək götürülüb.
Son 1 gün ərzində keçirilən profilaktiki tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 6 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Şöbə əməkdaşları tərəfindən son 2 ay ərzində bu istiqamətdə keçirilən profilaktiki tədbirlər nəticəsində isə vətəndaşlardan ümumilikdə 18 odlu silah təhvil götürülüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
 PUL
PUL 
                
                             
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                         
                        .png) 
                         
                         
                         
                        




.jpg) 
        
                .jpg) 
                     Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                    .jpg) 
                     
                    .jpg) 
                     
                    .jpg) 
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        