Hadisə

Şəkidə türk vətəndaşına məxsus “TIR” yandı

2 Dekabr 2023 16:05
Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə türk vətəndaşına məxsus "TIR" yanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun, rayonun Çayqaraqoyunlu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Alp Büyükkabakcının hərəkətdə olan "TIR" markalı yük avtomobilində anidən yanğın baş verib.

Əraziyə Yevlax və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğın zamanı yük avtomobilinin ön hissəsinin yanar konstruksiyaları yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.