Hadisə

Qazaxıstan vətəndaşını maşın vurub öldürdü

30 Noyabr 2023 09:47
Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda Həsən Əliyev küçəsində yol qəzası nəticəsində Qazaxıstan vətəndaşı Nübar Kuliyeva ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Əhmədov Mərdan Qabil oğlu idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə piyada zolağından yolu keçən 1959-cu il təvəllüdlü Nübar Kuliyevanı vurub.

Piyada almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cimayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.