Hadisə

Şabranda avtomobil piyadanı vuraraq öldürüb

22 Noyabr 2023 23:09
Baxış: 571
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şabranın Günəşli kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Bakı-Quba avtomobil yolunun kənddən keçən hissəsində rayon sakini Zeynalov Elnur Rafəddin oğlu yolu keçərkən avtomobili onu vurub.

Yaralı aldığı müxtəlif dərəcəli xəsarətlərdən ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.