Hadisə

İran səfirliyi qarşısında etiraz aksiyası keçirilib

18 May 2010 20:27
Baxış: 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün İranın Moskvadakı səfirliyi qarşısında radikal solçular etiraz aksiyası keçirib. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, nümayiş Tehranda siyasi məhbusların edam olunmasına etiraz olaraq keçirilib.

Aksiya iştirakçılarından 5 nəfər başına qara kisə və boyununa ilgək taxaraq səfirlik qarşısında dayanıb.
Nümayişçilərdən biri səfirliyə daxil ola bilib və İranın Rusiyadakı səfiri Seyed Mahmud Reza Sacadiyə bəyanat mətnini təqdim edib. Aksiya iştirakçıları İran həbsxanalarında siyasi məhbuslara edilən işgəncələri pisləyib.

Qeyd edək ki, İran səfirliyi tərəfindən çağırılan polis işçiləri nümayiş iştirakçılarını saxlayaraq, Moskva şəhər Polis İdarəsinə aparıb.

/ANS PRESS/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.