Hadisə

Bakıda "Mercedes" "Prius"u vurdu - FOTO

3 Oktyabr 2023 07:08
Baxış: 1 180
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, qəza "Qələbə" dairəsi istiqamətində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Mercedes" markalı minik vasitəsinin sürücüsü maşını "Toyota Prius" markalı avtomobilə çırpıb. 

Məlumata görə, bir nəfər yüngül xəsarət alıb. Toqquşma nəticəsində avtomobillərə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib. Yolda yaranan sıxlığı aradan qaldırmaq məqsədilə avtomobillər qəza yerindən evakuasiya edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.