Sağlamlıq

Siçanlar üzərində test edildi, indi də insanlarda yoxlayacaqlar - Alimlər görün nə tapdı

11 Sentyabr 2025 23:00
Baxış: 352
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Beyində iştahı idarə edən hissə aşkarlanıb.

Milli.Az xəbər verir ki, tədqiqat nəticələri Cell Reports jurnalında dərc olunub.

BNST adlanan hissənin iştahı idarə etməsi aşkarlanıb. Araşdırmalara görə bu sahə həm dadı, həm də aclıq və mineral çatışmazlığını hiss edir və insanın yemək və içmək istəklərini tənzimləyir.

Siçanlar üzərində aparılan tədqiqat göstərib ki, BNST aktivləşəndə heyvanlar daha çox yemək və maye qəbul edir, bloklandıqda isə qida qəbulunu azaldırlar. Alimlər qeyd edirlər ki, insan beynində də BNST oxşar funksiya daşıyır.

Gələcəkdə bu sahəni hədəfləyən dərmanlar iştahı itirmiş xəstələr üçün faydalı ola bilər.

İsmayıl
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.