Hadisə

Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI

30 Sentyabr 2023 22:08
Baxış: 3 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə prokuror polis rəisini döyüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Nevşehir şəhər prokuroru vəzifəsində çalışan Məhəmməd Fatih V. bir müddət əvvəl Kahramanmaraşın Elbistan qəsəbəsinə yaxın qohumunun toyuna gedib. 

Gecənin sonunda toyda silahlardan atəş açılıb. Bu barədə polisə məlumat daxil olub. Polis əməkdaşları ilə birgə Elbistan qəsəbə Polis İdarəsinin rəisi Arif G. özü də toy yerinə gəlib. 

Prokurorla polis rəisi arasında davam edən mübahisə zamanı tərəflər arasında döyülmə hadisəsi baş verib. İddialara görə, prokuror rəisi yumruq vurub. Hər iki tərəf bir-birindən şikayətlənib.

Hazırda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.