Hadisə

Azərbaycanda aliment pulunu oğurlayan ATA: film kimi OLAY

4 Sentyabr 2023 23:23
Baxış: 1 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda aliment ödəyən ata keçmiş arvadı və icra məmurunu unikal şəkildə aldadıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Sumqayıt şəhər məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Muxtarzadə 20 sutka inzibati cəza alıb.

İttihama görə, E.Muxtarzadə aliment ödəməkdən boyun qaçırmaq üçün inzibatçını və ailəsini aldadaraq ümumilikdə 13200 manat dəyərində ziyan vurub. Belə ki,o, hər ay aliment ödənilən tarixdə övladına anasından gizlin bank kartını götürüb onun yanına gəlməsini deyib. Bank hesabına onlayn şəkildə ödənişi edən E. Muxtarzadə dərhal kartdan pulu çıxarırmış. Bu yolla inzibatçını aldadıb və qəbzləri göstərərək ödənişlərin hamısını vaxtında etdiyi deyib.

Lakin şikayətçi Xəyalə Rafiq qızı Seyidquliyeva ödənişlərin olunmadığını bildirib. Bankdan verilən çıxarışda da ödənişlərin edildiyi, lakin tez bir zamanda pulların çıxarıldığı qeyd olunub.

E.Muxtarzadəyə qarşı İnzibati Xətalar Məcəlləsinin 528.1 (məhkəmə qərarını qərəzli olaraq icra etməmək) maddəsi ilə ittiham irəli sürülüb və ona 20 sutka müddətində inzibati cəza verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.