Hadisə

Kəndiri kəssə də, qızını xilas edə bilmədi

1 Sentyabr 2023 16:26
Baxış: 1 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboy rayonunda intihar hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2 uşaq anası olan Kəlbəcərin Bəzirxana kənd sakini İsmayılova Arifə İmamverdi qızı yaşadığı Goranboyun Börü kəndində özünü asıb.

Belə ki, 42 yaşlı qadın evin həyətindəki tövlənin tavanından özünü asaraq intihara cəhd edib. Bu zaman onun anası Məleykə Həsənova kəndiri bıçaqla kəsərək qızını Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin tibbi yardım göstərilməsinə baxmayaraq, A.İsmayılova ölüb.

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.