Moskvada yaşayış binasında yanğın olub.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Korolev şəhərindəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində bir yanğınsöndürən və bir azyaşlı şəxs həlak olub.
Yanğın iyirmibeşmətəbəli binanın 14-cü mərtəbəsində baş verib.
Hadisə yerindən 10 nəfər təxliyə edilib.
Zərərçəkənlər barədə dəqiq məlumat yoxdur.
Milli.Az