Hadisə

Azərbaycanda ağır qəza - Bir ailənin dörd üzvü... - FOTO

15 Sentyabr 2023 07:25
Baxış: 1 543

Naxçıvan-Sədərək magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gecə magistralın Duzdağ yoluna yaxın ərazisində qeydə alınıb.

Belə ki, "BYD" markalı avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində 2-si azyaşlı olmaqla, bir ailənin 4 üzvü xəsarət alıb.

Hadisə zamanı xəsarət alan Kəngərli rayon Qıvraq qəsəbə sakinləri, 1959-cu il təvəllüdlü Quliyev Əli Səfər oğlu, 1985-ci il təvəllüdlü Quliyev Xəyal Eli oğlu, 2009-cu il təvəllüdlü Quluzadə Elmin Xəyal oğlu və 2010-cu il təvəllüdlü Quluzadə Emin Xəyal oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Onların ikisinin vəziyyətin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics