“Ona Xəlildən uzaq dur, deyirdim, bizi məhv etdi” – Tanınmış şəxsin oğlu qəzada necə ölüb? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun qəza zamanı oğlu Nurlan Mənsimlinin ölümündə günahkar olan sürücüyə hökm oxunub.
Milli.Az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, 20.11.2022-ci ildə 1994-cü il təvəllüdlü Nurlan Mənsimliyə məxsus BMW LZ dövlət nişanlı avtomobili içkili halda idarə edərək qəza törədən 1993-cü il təvəllüdlü Xəlil Əsədli 4 il 11 ay 28 gün azadlıqdan məhrum edilib.
O, Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib.
Məhkəmədə ifadə verən Xəlil Əsədli bildirib ki, hadisə baş verən gün Nurlan Mənsimli ilə birlikdə "Parlament" prospektində yerləşən "Birbaşa" adlı pivə evində pivə içiblər.
O, və Nurlan Mənsimli artıq sərxoş olduqlarından onun avtomobilini idarə etmək üçün Şamil adlı dostlarını çağırıblar. Şamil onun avtomobilini idarə edib, mərhum Nurlanla o isə avtomobildə sərnişin qismində əyləşib. Bir qədər gəzdikdən sonra Nurlan Şamilə avtomobili asta, yəni aşağı sürətlə sürdüyünü deyib: "Bu nə maşın sürməkdir? Sən sürə bilmirsən" və sükan arxasından düşüb arxa oturacağa keçməsini, maşını Xəlilin idarə etməsini dəfələrlə tələb edib.
Bundan sonra Şamil avtomobili idarə etmək üçün Xəlilə verib. Noyabrın 20-də saat 5 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini X.Əsədli sərxoş vəziyyətdə idarə etdiyi BMW markalı avtomobili maneəyə çırpıb. Nəticədə avtomobilin sahibi, paytaxt sakini Nurlan Mənsimli hadisə yerində ölüb.
Mərhumun atası Mirzəxan Mənsimov cinayət işinin ibtidai istintaqı zamanı ərizə verərək təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını desə də, məhkəmədə Xəlil Əsədlidən şikayətçi olduğunu açıqlayıb:
"Xəlil içki içən olduğundan onun həyat tərzi xoşuma gəlməyib. Həmişə oğlumun ondan uzaq olmasını istəyirdim. Mərhum oğlum içki içən, siqaret çəkən olmayıb. Xəlil yalan danışır. O, ailəmizi məhv etdi. Hadisə vaxtı Xəlilin övladımın maşınını 80 km/saat sürətlə sürməsinə də inanmıram. İnsanların belə hadisələri törətmiş şəxslərin hansı cəzaya layiq olmalarından dərs almaları və təqsirləndirilən şəxsin sərxoş halda maşın idarə etməyin cəzasının nə olduğunu bilmələri üçün təqsirkar şəxsin ciddi şəkildə cəzalandırılmasını istəyirəm".
Məhkəmənin qərarı ilə Xəlil Əsədli ona təyin edilmiş 4 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
XƏBƏR LENTİ
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)





