Hadisə

Belçikada azərbaycanlı itkin düşdü - FOTO

13 May 2023 23:52
Baxış: 1 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belçikada yaşayan azərbaycanlı itkin düşüb.

Milli.Az apa-ya istinadla verir ki, 1989-cu il təvəllüdlü Məmmədov Nizami İbrahim oğlu Brüssel şəhərində yaşayıb. O, sonuncu dəfə 5 gün əvvəl-mayın 8-də şəhər kənarında yerləşən klinika ərazisində görülüb.

İtkin şəxsin bacısı Sevil Abbasova bildirib ki, qardaşı bir müddət əvvəl avtomobil qəzasında kəllə-beyin travması alıb, yaddaş itkisi və oruentasiya pozğunluğundan əziyyət çəkir.

Nizami Məmmədovun itkin düşməsi ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə və polisə məlumat verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.