Bakıda bahalı it oğurlanıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Səngəçal qəsəbəsində baş verib. Qəsəbə sakini Zaur Hüseynov polisə müraciətində 5000 manatlıq "Kanqal" cinsli itinin həyətdən oğurlandığını bildirib.
Daxil olan şikayət əsasında əməliyyat-axtarış işlərinə başlanılıb.
Milli.Az