Hadisə

Ötən ildən itkin düşən azərbaycanlı Fransada ölü tapıldı - FOTO

1 Fevral 2023 16:31
Baxış: 1 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əslən Azərbaycandan olan Gürcüstan vətəndaşı Fransada ölü tapılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 30 yaşlı Qaracayev Elbrusun itkin düşməsi barədə 10 ay əvvəl xəbər yayılıb. Kvemo-Kartli bölgəsindən olan azərbaycanlı Fransanın qərbində yerləşən Nant şəhərində itkin düşüb. On ay ərzində ailəsi, dostları və yerli polis onun axtarışı ilə məşğul olublar.

Fransa polisi hadisə ilə bağlı 19-22 yaş arası altı nəfəri saxlayıb. Onlardan üçü qəsdən adam öldürməkdə, üçü isə avtomobil yandırmaqda ittiham edilir.

Şübhəlilərdən biri E.Qaracayevin meyitinin olduğu yer barədə məlumat verib. Ekspertiza meyitin üzərində çoxsaylı yara izi aşkarlayıb. Şübhəli şəxslər cinayəti törətdiklərini etiraf ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.