Sumqayıtda evli qonşusu ilə maşında cinsi əlaqədə olan ailəli qadının ölümünün təfərrüatı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumqayıt şəhərində qadını qətlə yetirməkdə təqsirli bilinən Elman Əhmədovun cinayət işi üzrə təfərrüat məlum olub.
Milli.Az ölkə.az-a istinadla xəbər verir ki, 2016-cı il martın 6-da DİN-in 102 xidmətinə daxil olan məlumat əsasında Sumqayıt ŞPİ-nin əməkdaşları magistral yolun kənarında iki hissəyə bölünmüş naməlum qadın meyiti aşkar ediblər.
Ehtimal olunub ki, həmin qadını gecə saatlarında avtomobil vuraraq hadisə yerindən qaçıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar və həmin ərazidən parçalanmış qadın cəsədi tapılıb.
Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi protokoluna əsasən, meyit ortadan iki hissəyə bölünüb. Vurulduğu yerdə asfaltın üzərində qanabənzər sürünmə izləri müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, mərhum 1968-ci il təvəllüdlü Gülnarə Dadaşovadır və o, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayıb.
İş üzrə şübhəli şəxs qismində hadisədən 3 gün sonra Elman Əhmədov saxlanılıb.
İstintaqla müəyyən olunub ki, Elman Əhmədov gecə saat 3 radələrində özünə məxsus avtomobillə evinə gələn zaman onunla eyni binada qalan Gülnarə Dadaşovanın blokdan çıxıb şəhər bazarı istiqamətində getdiyini görüb. Əhmədov qadının arxasınca gedib ticarət mərkəzinin yanına çatan zaman Dadaşovanın işarəsi ilə dayanıb və o, maşına əyləşib.
İdarə etdiyi maşında sonuncunun razılığı ilə cinsi əlaqədə olub şəhərə qayıdan zaman aralarında mübahisə yaranıb.
Gülnarə Dadaşova onların münasibətləri barədə arvadına xəbər verəcəyini deyib. Onun sözlərindən əsəbiləşən Elman qadını öldürmək qərarına gəlib. Şirniyyat sexinin qarşısında avtomaşını saxlayaraq Gülnarəni maşından düşürüb yumruqla sifətinə zərbələr vurub. Daha sonra yerə yıxılan qadının baş və bədəninə təpiklə çoxsaylı zərbələr vuraraq xəsarətlər yetirib.
Qadının öldüyündən əmin olduqdan sonra törətdiyi cinayətin izini itirmək barədə düşünüb.
Mərhumun yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi təsəvvürünü yaratmaq məqsədi ilə meyiti magistral yolun sol tərəfindəki hərəkət zolağına qoyub hadisə yerindən uzaqlaşıb.
Həmin tarixdə yolda qalmış Gülnarənin meyitinin üzərindən bir neçə maşın keçib və nəticədə cəsəd hissələrə ayrılıb.
İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Elman Əhmədov ifadəsində bildirib ki, Gülnarə Dadaşovanı qonşu kimi tanıyıb. Özünün avtomaşınından taksi kimi istifadə edərək ailəsini dolandırıb. Martın 6-da axşam saatlarında bazarın yanında Gülnarə əl edib maşını saxladıb və onu bacısıgilə aparmağı xahiş edib. Yol haqqı olaraq 5 manat istəsə də, qonşusu 3 manat verə biləcəyini deyib. Gülnarə arxa oturacaqda əyləşib. Dediyi ərazidə onu maşından düşürüb evinə qayıdıb. Səhərisi gün isə qadının əri Natiq Dadaşovun sözlərindən bilib ki, arvadının meyiti Bakı-Quba yolunun kənarında aşkar edilib.
Buna baxmayaraq o, Natiqə Gülnarəni gecə "Stansiya Sumqayıt"a apardığını deməyib.
Sonra qadının əri ilə birlikdə patoloji anatomiya birliyinə gedib. Mərhumun dəfnində də iştirak edib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd edib ki, Gülnarə Dadaşovaya qarşı zor tətbiq etməyib və onu huşsuz vəziyyətdə yolda qoyub getməyib.
Zərərçəkmiş Natiq Dadaşov təqsirləndirilən şəxsə ən ağır cəza təyin olunmasını xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini həqiqətə uyğun olmayan, cinayət işinin materialları ilə təkzib olan ifadələr kimi qiymətləndirib. Məhkəmə hesab edib ki, prokurorluq Elman Əhmədovun əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib.
Məhkəmənin hökmü ilə 1975-ci ilə təvəllüdlü Elman Əhmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Dənizdə batan tələbələrin fotosu
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
XƏBƏR LENTİ
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi





