Hadisə

Gənc məktəb direktoru vəfat etdi

23 Yanvar 2023 17:32
Baxış: 3 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zərdabda gənc məktəb direktoru dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat Mərkəzi Aran Regional Təhsil İdarəsinin sosial şəbəkə hesabında paylaşılıb. Bildirilib ki, rayonun Otmanoba kənd ümumi orta məktəbin direktoru Zeynab Bədəlova vəfat edib.

Z. Bədəlovanın yaxın dostu "Qafqazinfo"ya bildirib ki, mərhumun 32 yaşı olub. Onun ölümünə səbəb beynində şiş olmasıdır.

Gənc direktor ailəli olub. Onun iki azyaşlı övladı yadigar qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.