Hadisə

Aqiyə Naxçıvanlının qardaşı komaya düşdü

21 Dekabr 2022 11:08
Baxış: 2 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Deputat Aqiyə Naxçıvanlının qardaşı Yusif Naxçıvanski komaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət öncə onun səhhətində ciddi problemlər yaranıb və o, kliniki ölüm keçirib. Həkimlərin müdaxiləsindən sonra onu həyatda saxlamaq mümkün olub. Hazırda Y.Naxçıvanskinin Oğuzda ev şəraitində komada saxlanıldığı bildirilir.

Qeyd edək ki, Yusif Naxçıvanski uzun illər Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. Bu ilin iyununda təqaüdə göndərilib.

Aqiyə Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ dairəsindən deputat seçilib. O, Müəllimlər İnstitutunun keçmiş rektoru olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.