Hadisə

Bakıda zəncirvari qəza, xəsarət alan var - FOTO

9 Dekabr 2022 08:54
Baxış: 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nərimanov rayonunda 3 avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Tuneldə 77-CG-943 dövlət nişanlı "Toyota" markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib.

Bu zaman eyni istiqamətdə hərəkətdə olan eyni markalı avtomobilin sürücüsü ara məsafəsi saxlamadığına görə "Toyota"-ya çırpılıb.

Daha sonra eyni markalı üçüncü maşın qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.

Qəza nəticəsində hər üç avtomobillə ciddi ziyan dəyib, sərnişin xəsarət alıb.

Qəzada iştirak edən hər üç avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olur.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.