Hadisə

Toydan çıxan şəxsi avtomobil vuraraq öldürüb

28 Sentyabr 2022 22:06
Baxış: 1 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Zarağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəxsiyyəti hələ ki məlum olmayan orta yaşlı şəxs toydan çıxıb yolu keçmək istəyərkən avtomobil onu vurub. Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.